SON XƏBƏRLƏR

Honkonq lideri istefasına icazə verilməsi üçün Çin hökumətinə müraciət etməyib

2021.10.20, 07:36
Honkonq lideri istefasına icazə verilməsi üçün Çin hökumətinə müraciət etməyib

Gunaz.tv

GünAz TV: Honkonq lideri Kerri Lam istefasına icazə verilməsi üçün mərkəzi Çin hökumətinə müraciət etmədiyini bəyan edib.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Kerri Lam bu barədə yayılan səs yazısına münasibət bildirərkən deyib.

 

"İstefa məsələsini mərkəzi hökumətlə müzakirə etmək barədə düşünməmişəm. İstefa edib-etməmək öz seçimimdir. Mən son üç ayda özüm və komandamın Honkonqa kömək etmək üçün qalmağa inandırmışam... Buna görə də özümə daha asan bir yol seçmək və bu postdan ayrılmaq seçimi etməmişəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, mətbuata sızdırılan səs yazısında Honkonq lideri şəhərdəki böhranı sonlandırmaq üçün imkanlarının çox məhdud olduğunu deyir.

“Bir idarəçi kimi Honkonqda səbəb olduğum böhran sadəcə bağışlanmazdır. Əgər mənim seçimim olsaydı, ilk edəcəyim iş istefa vermək və sizin əfvinizi xahiş etmək olardı”, -  deyə Lam bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar