SON XƏBƏRLƏR

Möhsün Pakayin: “Sionist rejimin bölgədəki varlığı İran üçün narahatedicidir"

2021.10.20, 07:36
Möhsün Pakayin: “Sionist rejimin bölgədəki varlığı İran üçün narahatedicidir"

Gunaz.tv

Keçmiş səfir bu gün “İsna” agentliyinə açıqlamasında İranla Azərbaycanın xarici işlər nazirlərinin telefon danışığına toxunaraq, iki ölkə arasında yaranmış “anlaşımazlığın” aradan qaldırılması üçün danışıqların aparıldığını bildirib.

O deyib ki, hər iki tərəfin iradəsi iki ölkənin münasibətlərində yaranmış gərginliyi aradan qaldırmağa və iki qonşu ölkə əlaqələrini normallaşdırmağa yönəlib.


“Quruyol Təşkilatı və İran Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Azərbaycana və Ermənistana gedən tracnzit quru yolları açıqdır və hava yollarında isə hər hansı bir problem yoxdur. 


Mənə elə gəlir ki, virtual aləmdə fəaliyyət göstərən bəzi ünsürlər iki ölkə arasındakı ixtilafları şiddətləndirməyə və onu çözülməz bir problem kimi göstərməyə çalışırlar.

Elə buna görə də hesab edirəm ki, qeyr-rəsmi mənbələrdən yayılan xəbərlərə fikir və önəm verməyə ehtiyac yoxdur və xəbərləri düzgün və rəsmi kanallardan izləmək lazımdır. 


İran və Azərbaycan hökumətlərinin öz qonşuları ilə əmkdaşlıq siyasətini gündəmdə saxladığını nəzərə alaraq, hesab edirəm ki, ölkələrimiz arasında yaranmış indiki vəziyyəti düzgün idarə etmək lazımdır.

Bunu da hamımız bilməliyik ki, ixtilafların şiddətlənməsi yalnız sionist rejiminin xeyrinədir”, -deyə Möhsün Pakayin bildirib.


Pakayin həmçinin “İran rəsmilərinin ölkənin şimal-qərb sərhədlərində sionist rejiminin varlığını davam etdirməsi” ilə bağlı səsləndirdiyi bəyanatlarına da münasibət bildirib.


“Sionist rejimin varlığı təbii olaraq İran üçün nigaranedicidi, çünki biz bu rejimi tanıyırıq. Bu rejim harda olsa sabitliyin pozulmasına səbəb olur, həm də İranın öz qonşuları ilə münasibətlərinə xələl gətirmək niyyətindədir. 


Biz bunu Aərbaycan tərəfində bildirmişik, onlar isə rəsmi şəkildə dostcasına deyiblər ki, İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsinə icazə verməyəcəklər.

 
Adətən qonşu ölkələr arasında anlaşılmazlıqlar yaranır. Lakin diplomatiyanın bu kimi hallarda hünəri ondan ibarətdir ki, düzgün bir mövqe ilə yaranmış ixtilafların həllinə kömək etsin və vəziyyəti normallaşdırsın.


Konkret Azərbaycana gəldikdə, demək olar ki, biz Sovet İttifaqının dağılmasından sonra İran ilə ilə Azərbaycan münasibətlərində çoxlu eniş-yoxuşların şahidi olmuşuq. 


Lakin sonunda bu ixtilaflar öz həllini tapıb. İki ölkə arasında yaranmış son ixtilaf isə bu qəbil məsələlərdəndir və hesab edirəm ki, tezliklə aradan qaldırılacaq və hər iki ölkənin münasibətləri normal hala gətiriləcək”, -deyə İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin “İsna” agentliyinə açıqlamasında bildirib.

İran Azərbaycanla münasibətləri düzəltməyə çalışacaq - EKSPERT - Modern.Az  Azərbaycan və dünya xəbərləri

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar