Qaradağ meşələrində güclü yanğın baş verib+video

2021-01-09 09:26

Dünən yanvar ayının 8-də başlayan yanğın güclü küləyin təsiri ilə genişlənibdir.

Gunaz.tv Quote | Gunaz article

Dünən səhər saatlarında başlayan yanğının genişlənməsinin qarşısı günorta saat 16:00 radələrində yerli əhali və yanğınsöndürənlər tərəfindən alınsada, güclü küləyin təsiri nəticəsində yanğın yenidən güclənib.

 

Yerli əhali və mətbuatın verdiyi məlumata görə, saat 18:00-dan sonra yanğın yenidən güclənib.onların dediyinə görə dəyişkən hava şərayiti və güclü külək yanğının tamamilə söndürülməsinə imkan verməyib.

 

Ətraf bölgələrdən yanğın yerinə cəlb edilən yanğınsöndürənlər vətəndaşların yardımı ilə bu gün səhərə yaxın yanğının söndürülməsinə müvəffəq olublar.

 

Kəleybərin Təbii Qaynaqlar idarəsinin sədri yanğının tamamilə söndürülməsini təsdiq edib.

 

Qeyd edək ki, Qaradağ meşələrində belə yanğınlar tez-tez baş verir. Ötən il eyni bəlgədə dəfələrlə baş verən yanğınlar nəticəsində yüzlərlə hektar ərazi ziyan gördü, nadir ağac, bitgi və heyvan növləri məhv oldu.

 

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.
Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

 

Qaradağ meşələri ötən il YUNESKO tərəfindən ümumdünya irs siyahısına daxil edilməli idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

C.E

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Traxtur komandasının Asiya Çempionlar Liqasında rəqibləri bəlli oldu

2021-01-27

gun az article

Güneyli Anar adının türkcə olduğu üçün sənədsiz qalıb

2021-01-27

gun az article

İranda 4 min kaneks məktəb var- Bunların çox faizi Azərbaycan əyalətlərinin payına düşür

2021-01-27

gun az article

Azərbaycan İnsan Haqları Cəmiyyəti: Əlirza Fərşinin səsi olaq!

2021-01-27

gun az article

Ərdəbil divarlarında bir qalmaqalın izləri; Uşaq adları yalnız bir dildə deyil!

2021-01-27

gun az article

GünazTV Jan.26.2021- Özümüz:Xalq Fədayiləri və Azərbaycan Məsələsi

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 -GÜNDƏM MASASI: İranın populist siyasətində Güney Azərbaycan

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25