SON XƏBƏRLƏR

Huawei şirkətinin direktorlarından biri Kanadada həbs edilib- İrana qarşı sanksiyaları pozduğuna görə

2021.10.20, 07:36
Huawei şirkətinin direktorlarından biri Kanadada həbs edilib- İrana qarşı sanksiyaları pozduğuna görə

Gunaz.tv

GünAz TV: Çinin Huawei şirkətinin direktorunun qızı, eyni zamanda şirkətin xəzinədarı və direktor müavini vəzifələrində çalışan Menq Vanzu Amerika Birləşmiş Ştatlarının İrana qarşı qəbul etdiyi sanksiyaları pozduğuna görə Kanadada həbs edilib.

 

Telekommunikasiya xidmətləri göstərən Huawei şirkəti bir müddətdir ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilir. Menq Vanzunun da bu səbəbə görə Kanadanın Vankuver şəhərində həbs edildiyi deyilir. Onun iki gün əvvəl həbs edildiyi və ABŞ-a eksdradisiya ediləcəyi bildirilir.

 

Qeyd edək ki, ABŞ məhkəmə orqanları iki il bundan əvvəl Huawei şirkətini bu ölkənin məhsullarını qeyri-qanuni yollarla İran və digər ölkələrə ixrac etməkdə ittiham etmişdi. Bundan sonra isə Amerikanın Ədliyyə Nazirliyi şirkətlə bağlı araşdırmalara başlamışdı.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar