SON XƏBƏRLƏR

“Human Rights Watch” İranda “əmək günü” etirazında həbs olunanların dərhal azad edilməsini tələb edib

2021.10.20, 07:36
“Human Rights Watch” İranda “əmək günü” etirazında həbs olunanların dərhal azad edilməsini tələb edib

Gunaz.tv

GünAz TV: “Human Rights Watch” təşkilatı İranda “əmək günü” münasibətilə keçirilmiş etirazda həbs edilmiş ən azı 7 fəal və jurnalistin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən bəyanat yayıb.

 

Etirazda iştirak edənlərin sözlərinə görə, həmin gün azı 35 nəfər saxlanılıb və onların çoxunu da “Tehran Bus” şirkətinin həmkarlar ittifaqının üzvləri təşkil edir.

 

Bəzi məlumatlarda isə etirazlar zamanı Keyvan Səmimi və Mərziyə Əmiri adlı iki reportyorun da həbs edildiyi bildirilir.

 

“Rəsmilər sərbəst toplaşma hüququndan istifadə edən bütün həbs edilmiş şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidirlər”- deyə beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”ın mayın 14-də yayımlanan bəyanatında qeyd edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar