SON XƏBƏRLƏR

“Human Rights Watch”, İranda rpressiaların davam etdirilməsi və vətəndaş hüquqlarının pozulması barədə yeni hesabat yayıb

2021.10.20, 07:36
“Human Rights Watch”, İranda rpressiaların davam etdirilməsi və vətəndaş hüquqlarının  pozulması barədə yeni hesabat yayıb

Gunaz.tv

GünAzTV: “Human Rights Watch” beynəlxalq təşkilatı, 2017-ci ildə İranda dinc müxaliflərə qarşı repressiyaların davam etdirilməsi, vətəndaşların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulması barədə yeni illik hesabatını yayıb.

 

Hesabatda bildirilir ki, 2017-ci ildə İran rejiminin vətəndaşların söz və ifadə azadlığını pozması, ölkədə dinc müxaliflərə qarşı repressiyaların vüsət alması və ədalətli məhkəmələrin keçirilməməsi, eləcə də hakimiyyətin gender bərabərliyi və dini azadlqlar uğrunda fəaliyyət aparan insanlara qarşı zorakılığı davam edib: “2017-ci ildə, İranın təhlükəsizlik qüvvələri və ölkənin ayrı-ayrı xəfiyyə orqanları, onlarla jurnalisti, fəhlə əmək fəalını və sosial media orqanlarında çalışan dinc fəalları  ya ETTELAAT-a çağıraraq təhdid edib, ya da onları birbaşa tutub həbsə salıb.

 

Həmin ildə, bir neçə tanınmış hüquq müdafiəçisi, o cümlədən də Nərgiz Məhəmmədi həbsxananın dəmir barmaqlıqları araxasında saxlanılıb, İnqilab məhkəmələri ikili vətəndaşlığı olan bir onlarla vətəndaşı müxtəlif ittihamlarla, o cümlədən də təhlükəsizlik ittihamları ilə bağlı tutaraq həbsə məhkum edib”.

 

                                                                          Sara Li Vitson

 

İranda insan haqlarının kobud şəkildə pozulması hallarını kəskin qınayan “Human Rights Watch” təşkilatının Orta Şərq üzrə bölməsinin rəhbəri Sara Li Vitson, yanvarın 18-də jurnalistlərə açıqlamasında bildirib ki, İran rəhbərləri keçmişdə olduğu kimi, ölkə vətəndaşlarının insani və ibtidai hüquqlarını pozmağı davam etdirirlər: “Təəssüflər olsun ki, İranda əsas qərarları verən rəsmilər, bir daha göstərdilər ki, ölkədə insan hüquqlarının kobud şəkildə pozulması hallarının qarşısını almaq, onların gündəmində deyil. Elə buna görə də, hesab edirik ki, İranda sistemli şəkildə insan haqlarını pozan rəsmilər, insan hüquqlarının durumu ilə bağlı ölkəyə hakim acınacaqlı vəziyyətə görə məsuliyyət daşımalı, buna görə cavabdeh olmalıdırlar”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar