SON XƏBƏRLƏR

Qaşqay türklərinin tanınmış sənətçisi Pərvin Bəhməni vəfat edib-VİDEO

2021.10.23, 07:44
Qaşqay türklərinin tanınmış sənətçisi Pərvin Bəhməni vəfat edib-VİDEO

Gunaz.tv

Pərvin Bəhməni İranda yaşayan Qaşqay türklərinin ən tanınmış səs sənətçilərindən olub. 

O, son 30 ildə Qaşqay mədəniyyətinin təbliğində və milli sənətçilərinin yetişdirilməsində böyük rol oynayıb.

Pərvin Bəhməni İranda türklərin, özəlliklə qaşqay türklərinin ən tanınmış qadın səs sənətçilərinin öndə gedən nümayəndələrindən biri kimi İran Mədəniyyət nazirliyi tərəfindən birinci dərəcəli incəsənət nişanı ilə təltif edilmişdir.

16 il müəllim kimi çalışan təcrübəli pedaqoq Pərvin Bəhməni İranın 6 ən yaxşı qadın musiqiçisindən biri olaraq tanınıb. Bununla yanaşı o, Atatürk Universitetindən fəxri diplom alıb və dünya türklərinin mədəniyyət sahəsində seçilmiş xanımı adına layiq görülüb.

Qaşqay sənətçi iki il İtaliyada çalışıb, bir sıra ölkələrdə, o cümlədən Rusiyanın başkəndi Moskvada konsert verib və Moskva Universiteti tərəfindən fəxri doktorluq dərəcəsi alıb.

O, daha çox türkcə laylalarıı araşdırıb.

Pərvin Bəhməni  ifalarına görə  “Ana laylalarının yaradıcısı” kimi tanınırdı. 

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar