SON XƏBƏRLƏR

Hüseyn Əli Məhəmmədi 3 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Hüseyn Əli Məhəmmədi 3 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əli Məhəmmədi Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 3 il azadlıqdan məhrum edilib.

 

Fəal mayın 20-də telefon vasitəsi ilə İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə çağırılıb.

 

Məlumata görə, məhkəmə hökmü fəala verilməyib, o sadəcə məsullar tərəfindən ona göstərilən hökmün bəzi hissələrini özü üçün kağıza yazıb.

 

Bundan əvvəl H.Əli Məhəmmədi fevralın 27-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, martın 4-də 100 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. O sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılmışdır.

 

Fəal 2013-cü il noyabrın 4-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutulub, 6 ay müvəqqəti saxlandıqdan sonra mülki vəsiqə qarşılığında həbsxanadan sərbəst buraxılmışdır.

 

Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkləməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib, bu hökm Apelyasiya Məhkəməsində də olduğu kimi təsdiqlənmişdir. O başqa bir hökmə görə 10 il azadlıqdan məhkum edilmişdir, lakin hökm Apelyasiya Məhkəməsində 2 ilə endirilmişdir.

 

H.Əli Məhəmmədi 3 il həbs çəkdikdən sonra ötən il yayda Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar