Hüseyn Səlami: “Regionda baş verəcək hər hansı bir yeni savaş, sionistlərin dünyanın siyasi coğrafiyasından məhvinə səbəb olacaq”

03.10.2019, 11:20

GünazTV: “Sepah”ın baş komandanı Hüseyn Səlami oktyabrın 2-də dini lider Əli Xamneyinin “Sepah”çılarla keçirdiyi görüşdə çıxış edərək, başçılıq etdiyi qurumun hərbi potensialından, xarici düşmənin təhdidindən və regionda baş verəcək mümkün yeni savaşdan danışıb.

 

Öz çıxışında İsrailə qarşı təhdid dolu bəyanatlar səsləndirən Hüseyn Səlami deyib ki, islam inqilabının “qabaqlayıcı potensiallarının pik nöqtəyə yaxınlaşması”, artıq həm dosta, həm də düşmənə bəlli olub: “Bu gün Amerikanın gücü və onun təhdidinin etibarlılığı nəinki xeyli azalıb, hətta sionist rejimi də artıq bir təhdid sayılmır. Daha doğrusu, sionist rejimi artıq mötəbər bir təhdidin ölçülərinə malik deyil.

 

Sionist rejimi bilir ki, onun ən kiçik bir səhvi artıq onun son səhvi olacaq. Çünki regionda baş verəcək hər hansı bir yeni savaş, sionistlərin dünyanın siyasi coğrafiyasından məhvinə səbəb olacaq. Regionda olan digər şər rejimlər də yaxşı bilirlər ki, islam inqilabı və bizim sistemin gücü və qabiliyyətləri barədə səhv hesablamalar etsələr və bizə qarşı düşünülməmiş addım atsalar ciddi problemlərlə üz-üzə qalmalı olacaqlar” –deyə “Sepah”ın baş komandanı Hüseyn Səlami bəyan edib.

 

İranın “dini” lideri Əli Xamneyi oktyabrın 2-də “Sepah” komandirləri ilə görüşərək Tehranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmasından, xarici təhdidlərdən və Amerikanın maksimum təzyiq siyasətindən danışıb: “Biz nüvə məsələsində üzərimizə götürdüyümüz öhdəlikləri yenə azaldacağıq. İranın Nüvə Enerjisi Təşkilatı bu işin məsuliyyətini üzərinə götürməli, mükəmməl və səmərəli bir nəticə əldə edənə qədər bu işi davam etdirməlidir.

 

 

Amerikanın bizə qarşı maksimum təzyiq siyasəti məğlubiyyətə uğrayıb. Amerikalılar elə güman edirdilər ki, İrana qarşı maksimum təzyiq siyasətindən istifadə etsələr, islam respublikası onların qarşısında yumşalmağa məcbur olacaq. Lakin belə olmadı. Onlar İran prezidentini ABŞ prezidenti ilə görüşməyə vadar etmək üçün artıq yalvarmağa başlayaraq, avropalı dostlarını bu iş üçün vasitəçi etdilər. Lakin buna nail olmadılar. Onların bu siyasəti də sonda məğlubiyyətə uğrayacaq.

 

“Sepah” öz sıralarını düşmən qarşısında möhkəmləndirməli, müqavimətdən geri çəkilməməli, xarici təhdidin qarşısında durmağa hazır olmalıdır. “Sepah”çılar düşməndən qorxmamalı, ayıq-sayıq tərpənməli və düşmənin bütün hərəkətlərini nəzarətdə saxlamalıdır. Bölgədə baş verə biləcək böyük olaylarla üz-üzə gəlməyə hazırlaşın” -deyə Əli Xamneyi əlavə edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17