SON XƏBƏRLƏR

Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

2022.10.24, 15:12
Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

Gunaz.tv

Onun 180 mühafizəkar deputat dəstəkləyib, yeganə rəqibi Penni Mordont isə 30 səs belə toplaya bilmədiyindən namizədliyini geri götürüb. Nəticədə R.Sunak avtomatik olaraq Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.

Bununla da 42 yaşlı siyasətçi Britaniya tarixində son 200 ilin ən gənc Baş naziri olub.

Qeyd edək ki, Hindistanəsilli R.Sunak 1980-ci ildə Böyük Britaniyada doğulub. O, sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun dövründə isə maliyyə naziri işləyib.

Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.(report)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar