SON XƏBƏRLƏR

Kiber-hücumu nəticəsində İranın 4300 yanacaq doldurma məntəqəsinin işinə xələl gətirilib

2021.10.27, 10:16
Kiber-hücumu nəticəsində İranın 4300 yanacaq doldurma məntəqəsinin işinə xələl gətirilib

Gunaz.tv

Bu barədə, İranın Virtual Məkan Ali Şurasının katibi Əbülhəsən Firuzabadi mediaya açıqlamasında məlumat yayıb. 


O deyib ki, İranın 4300 yanacaq doldurma məntəqəsinin sistemlərinə qarşı edilən kiber-hücumun qarşısı alınıb.


“Ümid edirik ki, sabaha qədər (oktyabrın 27-i) ölkədəki yanacaq doldurma məntəqələrinin işi əvvəlki qaydaya gətiriləcək. 


Kiber-hücumu o qədər geniş olub ki, ölkədə fəaliyyət göstərən bütün 4300 yanacaq doldurma məntəqəsinin işi dayandırılmışdı, biz isə hazırda həmin məntəqələrin fəaliyyətini əvvəlki normal vəziyyətə qaytarmağa çalışırıq. 


Biz çox ehtimal ki, yaxın bir həftədə və ya 10 gün ərzində baş verən kiber-hücumun mahiyyəti barədə öz son nəzərimizi mediaya açıqlayacağıq”, -deyə İranın Virtual Məkan Ali Şurasının katibi Əbülhəsən Firuzabadi bildirib. 


Xatırladaq ki, oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-dan başlayaraq kiber-hücum nəticəsində İranın bütün yanacaq doldurma məntəqələrinin fəaliyyəti iflic olub. Bu hadisədən sonra ölkənin qara bazarında satılan yanacağın qiyməti kəskin artıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar