SON XƏBƏRLƏR

İbrahim Fəyyaz: “Siğə ilə Qum şəhərini əxlaqsızlıq yuvasına çeviriblər”

2021.10.20, 07:36
İbrahim Fəyyaz: “Siğə ilə Qum şəhərini əxlaqsızlıq yuvasına çeviriblər”

Gunaz.tv

GünAz TV: İranlı mühafizəkar sosioloq İbrahim Fəyyaz yerli media orqanlardan biri ilə müsahibəsi zamanı çoxarvadlılıq və siğəyə qarşı çıxıb, bunların cəmiyyətdə əxlaqsızlığın yayılmasına səbəb olduğunu deyib.

 

O, çox həyat yoldaşı olmağın təbliğinin qrup evliliklərin yayılması ilə nəticələnəcəyini deyib.

 

“Bu üsul cəmiyyətdə əxlaqsızlığın yayılmasına zəmin yaradır. Kişilər Qum saysız-hesabsız siğələr bağlamaqla, şəhər qadınlarının əxlaqsız olmasına səbəb oldular. Həmin kişilərlə siğə bağlayan qızlar sonrada maddi çətinliklər üzündən bədənlərini satmağa məcbur olurlar. Hazırda Qumun küçələrində hicablı və çadralı olan qadınların belə açıq-aşkar özlərini satmalarının şahidiyik. Hətta bir neçə gün öncə gecə saatlarında şəxsi maşınım xarab olduğu üçün dayanmışdım. Belə tam hicablı və çadralı bir xanım mənə yaxınlaşıb, öz xidmətlərini təklif etdi”,- deyə fundamentalist sosioloq əlavə edib.

 

İbrahim Fəyyaz buna görə əsas olaraq rejimi günahlandırmaqdan çəkinib və yalnız qadınlarla siğə bağlayıb, siğə mehriyyəsini ödəməyən kişiləri günahlandırmaqla kifayətlənib. O, bu halın davam etdiyi təqdirdə, təkcə Qumu deyil, bütün İranı “əxlaqsızlı” bürüyəcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, çoxarvadlılığın təbliği məsələsi İranın sosial şəbəkələrində “çoxarvadlılıqla bağlı ixtisas artırma kursları”nın reklam postunun yayılmasından sonra ölkədə böyük qalmaqala səbəb olub. Müxtəlif sosial şəbəkə istifadəçiləri “çoxarvadlı ailələrdə kommunikasiya bacarıqları”nın artırılmasına həsr edilmiş bu kurslarla bağlı reklamı dərc edərək, öz tənqidi fikirlərini qeyd ediblər.

 

Xatırladaq ki, İranın Qum və Məşhəd kimi şəhərləri siğə adlanan müvəqqəti evliliyin ən çox yayıldığı bölgələrdəndir. Hətta bir çox məlumatlarda Məşhəd şəhərinə “İmam Rza hərəmi”nə dini ziyarətə gələn iraqlı turistlər üçün İran qadınları ilə siğə bağlamaq üçün xüsusi yerlər hazırlandığı bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar