SON XƏBƏRLƏR

İbrahim Nuri, Abbas Lisaninin dosyesinə ədalətli şəkildə baxılmasını tələb edib

2021.10.20, 07:36
İbrahim Nuri, Abbas Lisaninin dosyesinə ədalətli şəkildə baxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, hüquq üzrə təhsil alan İbrahim Nuri Ərdəbil zindanında aclıq aksiyası keçirməkdə olan tanınmış milli-mədəni fəal Abbas Lisaninin hüquqlarının pozulduğundan öz nigaranlığını bildirib.

 

İbrahim Nuri bu barədə yazdığı mətni telefon vasitəsi ilə güney azərbaycanlı fəallara göndərib.

 

Fəal insanların hüquq və azadlıqlarına hörmət və vətəndaş hüququnun qorununması, ölkə konstitusiyasının “bəraət maddəsi” və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə istinad edərək Abbas Lisaninin dosyesinə müdaxilə edənlərin hərəkətini qanunsuz adlandırıb, bunu prosesin ədalətsiz şəkildə getdiyindən xəbər verdiyini bildirib.

 

Fəal vurğulayıb ki. Abbas Lisaninin öz vəkili ilə yazışmasına və məktub vasitəsi ilə əlaqə saxlamasına mane olmaq təmami ilə qanunaziddir, buna mane olanlar cəzalandırılmalıdır.

 

Abbas Lisaninin dosyesi haqda səlahiyyətli orqanlardan ədalət tələb edən fəal sözlərinin sonunda elan edib ki, aclıq aksiyasında olan Abbas Lisaninin sağlamlığı ilə bağlı bütün məsuliyyət səlahiyyətli orqanların üzərinə düşür.

 

Fəal telefon vasitəsi ilə göndərdiyin mətnin son hissəsində yazının Evin zindanında saxlanılan, insan hüquqlarının pozulmasının qurbanı olan İbrahim Nuri tərəfindən yazıldığını qeyd edib.

 

Xatırladaq ki, yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan Abbas Lisani ötən bazar ərtəsi günü aclıq elan edib. O, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. Bu barədə məhbuslardan biri Abbas Lisaninin yaxınları ilə telefon əlaqəsi saxlayaraq məlumat verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar