İbrahim Rəisi UNESCO-nun mübahisələrə səbəb olmuş "2030 sənədi"ni ləğv edib

2021-09-14 13:14

İran prezidenti İbrahim Rəisi UNESCO-nun bir neçə ildir hakimiyyətdə mübahisələrə səbəb olmuş “2030 sənədi”ni həmişəlik ləğv edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, İranın Ali Mədəni İnqilab Şurasının katibi Səid Rza Ameli sentyabrın 13-də mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, Ali Mədəni İnqilab Şurasının məsələ ilə bağlı təxminən 29 qərarı keçmiş hökumətdə müxtəlif səbəblərə görə, o cümlədən də “hüquqi iradlar”, “icra aparatındakı iradlar” və “qeyri-müəyyən səbəblər”ə görə elan edilməmişdi və İbrahim Rəisi hökuməti hazırda həmin qərarların 7-sini elan edib, qalanları isə araşdırılır.


Səid Rza Ameli ölkə prezidentinin UNESCO-nun “2030 sənədi”ni konkret nə vaxt və hansı səbəbə görə ləğv etdiyini açıqlamayın. 


Xatırladaq ki, UNESCO-nun mübahisəli "2030 sənədi" İranın keçmiş prezidenti Həsən Ruhani hökuməti tərəfindən qəbul edisə də, sonradan İran rəhbəri Əli Xamneyinin və hakimiyyətdəki digər mühafizəkar ruhnilərin ona qarşı çıxmasından sonra qeyri-müəyyən vəziyyətdə qalmışdı. 


Sənədə qarşı çıxan iranlı axundlar isə hesab edirlər ki, bu sənədin qəbul edilməsi, sonunda Qərb mədəniyyətinin, təfəkkür və həyat tərzinin İranda yayılmasına gətirib çıxaracaq. 


Qeyd edək ki, UNESCO-nun hazırladığı həmin sənəddə, bütün dünyada milliyyətindən, dinindən və dilindən asılı olmayaraq 2030-cu ilə qədər hər kəs üçün əhatəli və ədalətli təhsil imkanının yaradılması və bu istiqamətdə hərəkət edilməsi, eləcə də gender bərabərliyinə riayət olunması nəzərdə tutulur. 


BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı sayılan UNESCO-nun bu sənədi, habelə bütün insanlara ömürlük öyrənmə fürsəti yaraqtmaq istiqamətində hərəkət etmək üçün hazırlanmış 15 illik bir yol xəritəsidir.

Sənəddə həmçinin bütün insanların birinci dili sayılan ana dillərinin qorunub saxlanılması, hər bir kəsin doğma ana dilində təhsi ala bilməsinə şərait yaradılmasının əhəmiyyəti vurğulanır.

 
A.M

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

İranın Ali Mədəni İnqilab Şurası UNESCO-nun ölkə tərəfindən qəbul edilmiş 2030 sənədini ləğv edib

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18