SON XƏBƏRLƏR

"Şərqi Azərbaycan ölkə büdcəsindən ən az yararlanan əyalətlərdəndir"-Ticarət Palatasının başçısı

2022.04.07, 11:02
"Şərqi Azərbaycan ölkə büdcəsindən ən az yararlanan əyalətlərdəndir"-Ticarət Palatasının başçısı

Gunaz.tv

“Ölkə əhalisinin 4,8 faizi əyalətimizdə yaşayır. Lakin Şərqi Azərbaycanın ölkə büdcəsindən payı yalnız 2.6 faizdir.

Bir çox çətinliklər, enerji infrastrukturunun qeyri-kafi olması, maliyyə resurslarının çatışmazlığı səbəbindən əyalətdə özəl sektorun inkişafı mümkün olmur”-deyə, Yunis Jailə bildirib.

Ticarət Palatası və özəl sektor fəallarının son bir ildə 6 min milyard tümən vergi ödədiklərini deyən jailə, bunun qarşılığında diqqət görmədiklərini söyləyib.

Ticarət Palatasının başçısı İran Milli Mis Şirkətinin 600 milyard yevroluq dəyəri olduğunu, verginin isə Şərqi Azərbaycan əyalətindən alınaraq Kirmana xərcləndiyini deyib.

O, bununla yanaşı bir sıra şirkət və mədənlərin ölkə məsullarının yaxınlarına verildiyini, onların adlarının rəsmi olaraq qeyd olunmadığından danışıb.

“Təəssüflə hər zaman yanlış olaraq Təbrizi birincilər şəhəri kimi düşünüb bununla fəxr etmişik. Bu belə deyi, hər zaman Təbrizi əm son sıralarda saxlayıblar”-deyə, Yunis Jailə hazırda əyalət və Təbrizdə mövcud iqtisadi şərayitin acınacaqlı olduğunu qeyd edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar