İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15 14:43

Su qıtlığı Güney Azərbaycanın Zəngan bölgəsində ciddi sosial problemlərə yol açır. Susuz qalmış əhali kəndlərini tərk edir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngan və Tarumun İran parlamentindəki nümayəndəsi Höccətül-İslam Mehdi Baqiri məlumat verib. O, əyalətin kəndlərinin boşalmasında müxtəlif amillərlə yanaşı içməli su çatışmazlığının da önəmli rol oynadığını deyib.


Mehdi Baqiri bu gün iyunun 13-də Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətindən keçirdiyi görüşdə bildirib ki, içməli su qıtlığı əhalinin kəndləri tərk etməsində əsas amillərindən biridir və bu həll olunmayana kimi kəndlərin inkişafından danışmaq olmaz.  


Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin Baş direktoru Əlirza Cüz Qasimi hazırda əyalətin 174 kəndinin içməli su problemi yaşadıqlarını bildirib.


Mayın 17-də Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin Baş direktoru Əlirza Cüz-Qasimi  qarşıdakı aylarda əyalətdə su problemin daha da kəskin hal alacağını deyib.


Əlirza Cüz-Qasimi Zəngan əyalətinin mənbələrində su səviyyəsinin keçən ilin eyni dövrünə görə yarıbayarı azaldığını bildirib.
“Zəngan əhalisinin 80 faizinin yaşadığı Zəngan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su təminatında problemlər var. Su qıtlığı ilə əlaqədar vətəndaşların suya  qənaət etməlidir,”-deyə, müdir söyləyib.


Bununla yanaşı mayın 27-də Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin direktor müavini Əli Məhəmməd Nadir Xani yeni yağış ilində yağıntıların miqdarında ötən illə müqayisədə 40 faiz, ümumilikdə isə 54 faiz azalma olduğunu açıqlayıb.


Əli Məhəmməd Nadir Xani əyalətdə quraqlığın başladığını və hal-hazırda 120-dən çox kənddə içməli su qıtlığının yarandığını deyib.

"Yağıntıların azalması yeraltı su qaynaqlarının tükənməsi ilə nəticələnib"-deyən, direktor müavini qarşıdakı mərhələdə su böhranının daha şiddətli şəkil alacağına dair xəbərdarlıq edib.

C.E
 

Mövzu ilə bağlı xəbərləri buradan oxuya bilərsiniz: 

https://gunaz.tv/az/new/zengan-eyaletinin-ebher-mahalinda-su-qitligi-tehlukesi-barede-xeberdarliq-edilib-1622718022

https://gunaz.tv/az/new/zengan-eyaletinde-quraqliq-hokm-surur-120-den-cox-kendde-icmeli-su-tapilmir-1622179926

https://gunaz.tv/az/new/zenganda-su-bohrani-yasanir-1621342971

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30