SON XƏBƏRLƏR

İctimaiyyətin təzyiqi ilə üzləşən Qeydiyyat İdarəsi “İstək” adlı körpəyə şəxsiyyət vəsiqəsi verib – Meşginşəhrdə

2021.10.20, 07:36
İctimaiyyətin təzyiqi ilə üzləşən Qeydiyyat İdarəsi “İstək” adlı körpəyə şəxsiyyət vəsiqəsi verib – Meşginşəhrdə

Gunaz.tv

GünAz TV: Uzun müddət mübarizədən sonra Güney Azərbaycanın Meşginşəhr şəhərində “İstək” adlı körpəyə şəxsiyyət vəsiqəsi verilib.

 

Bu, məsələnin mətbuata çıxarılması, ictimaiyyətin təzyiqi və valdeynlərin uzun müddət mübarizəsindən sonra mümkün olub.

 

Məlumata görə,  artıq Meşginşəhrin Vətəndaşlıq üzrə Qeydiyyat İdarəsi azərbaycanlı körpəni valdeynlərinin istədiyi adla qeydiyyata alıb, ona “İstək” adı ilə şəxsiyyət vəsiqəsi verib.

 

İstək Ləşgəri Meşginşəhrdə doğulmuş azərbaycanlı körpədir. Ona valdeynləri türk adı verdiyi üçün uzun müddət şəxsiyyət vəsiqəsi verilməyib, uşaq bu müddətdə bütün ictimai və səhiyyə xidmətlərindən kənarda qalıb. Səhiyyə müəssisələri körpənin kimliyi müəyyən edilmədiyi üçün ona peyvənd vurmaqdan da imtina etmişdir.

 

Qeydiyyat İdarəsi körpəyə şəxsiyyət vəsiqəsinin verilməməsini “İstək” adının sistemdə olmaması və sistemin Tehrandan idarə olunması ilə izah etmişdir.

 

İranda 30 milyondan çox Azərbaycan türkünün milli kimliyi, tarixi və etnik mənsubiyyəti rejim tərəfindən inkar edilərək fars milləti adlandırılır. İrqçi rejim tədricən türk kimliyini unutdurmaq üçün müxtəlif asimilasyon üsullarından istifadə edir. Bu üsullardan biri insanlara türk adı ilə şəxsiyyət vəsiqəsi verməmək və türkcə olan coğrafi adları dəyişdirməkdir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar