SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Hava məkanımızı heç vaxt Azərbaycanın üzünə bağlamamışıq”

2021.10.20, 07:36
Səid Xətibzadə: “Hava məkanımızı heç vaxt Azərbaycanın üzünə bağlamamışıq”

Gunaz.tv

Xətibzadə deyib ki, İranla Azərbaycan əlaqələri təbii məcrada davam edir.


“Bizim Azərbaycan Respublikası ilə olan əlaqələrimiz təbii məcradadır və hesab edirik ki, onu pozmaq qeyri təbii sayılır. Lakin bizim bir sıra məsələlərlə bağlı nigarançılıqlarımız Bakıdakı dostlara çatdırılıb.

Onlar da bu nigarançılıqları aradan qaldıracaqlarını bildiriblər. Lakin buna baxmayaraq,  bizim Azərbaycan tərəfindən bir sıra mövzularla bağlı olan gözləntilərimiz hələ də yerinə yetirilməyib.


Biz Azərbaycan tərəfinə demişik ki, İranın bəzi nmigaranlıqları aradan qaldırılmalıdır. 


Bundan başqa, İranın hava məkanı heç vaxt Azərbaycanın üzünə bağlanmayıb, quru sərhəddimiz də hazırda açıqdır və əlaqələrimiz və qarşılıqlı gediş-gəlişlər davam edir.


Hesab edirik ki, hər iki ölkə üçüncü tərəflərin bizim münasibətlərimizə təsir etməsinə imkan verməıməlidirlər”, -deyə İranm Xarici İşlər Nazirliyinin sözçşüsü Səid Xətibzadə bu gün jurnalistlərə açıqlamasında İranla Azərbaycan əlaqələrindən danışarkən bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar