SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Heç bir qətnamə İranın kosmik araşdırmalar aparmasına və bununla bağlı sınaqlar keçirməsinə qadağa qoymayıb”

2022.01.01, 10:43
Səid Xətibzadə: “Heç bir qətnamə İranın kosmik araşdırmalar aparmasına və bununla bağlı sınaqlar keçirməsinə qadağa qoymayıb”

Gunaz.tv

Xətibzadə iddia edib ki, İranın kosmosa peyk daşıyıcı raket buraması heç bir beynəlxalq qətnaməni pozmayıb.

“Hesab edirik ki, dünyada bir qətnamə İranın kosmik araşdırmalar aparmasına və bizim bununla bağlı sınaqlar keçirməyimizə qadağa qoymayıb.

İranın hava-kosmik sahəsində araşdırmalar aparmağa və elmi baxımdan bu sahədə inkişaf etməyə haqqı var. 

Hesab edirik ki, Qərbin, o cümlədən də Amerika və Avropa rəsmilərinin bizim bununla bağlı apardığımız fəaliyyətlərə qarşı çıxması və bununla bağlı bəyanatlar səsləndirməsi İran xalqının bu sahədə inkişaf əldə etməsinə və onun bununla bağlı iradəsinə hər hansı bir xələl gətirə bilməyəcək.

Elə buna görə də hesab edirik ki, Qərb ölkələrinin bununla bağlı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə istinad etməsi əsassızdır və kökündən həqiqətə uyğun deyil”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iddia edib.

Qeyd edək ki, bundan əvvəl Amerika, Almaniya və Fransa Xarici İşlər Nazirlikləri arı-ayrılıqda bəyanatlar yayaraq, İranın kosmosa peyk daşıyıcı raket buraxmasına etiraz bildirərək, İranın bu addımının BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnaməni pozduğunu bildiriblər. 

643B315E-C2CD-4486-B2EE-FB16AB45A712_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar