Səid Xətibzadə: “Bizdə terrorçuların Azərbaycana köçürülməsi barədə dəlil-sübutlar və səs yazıları var”

12.10.2021, 13:45

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün (oktyabrın 12-si) jurnalistlərə açıqlamasında ölksinin Azərbaycan Respublikası ilə olan əlaqələrindən və Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıb.

Gunaz.tv Quote | Gunaz article

S.Xətibzadə jurnalistlərin İranla Azərbaycan münasibətləri və iki ölkənin sərhədində baş verən son gərginliklə bağlı verdiyi sualı cavablandırarkən deyib ki, o ötən gün də dediyi kimi iki ölkə arasındakı əlaqələr təbii məcradadır.


“Bizim Azərbaycanla əlaqələrimiz çox səmimi, dostcasına, yaxşı və çoxşaxəlidir və mən dünən də dedim ki, belə bir əlaqənin olmaması qeyri-təbii sayılır.


Cənubi Qafqaz regionunda baş verən son olaylara gəlincə, biz bu barədə qonşu ölkələrin hüquqlarının reallaşdırılması siyasətinə təkid etmişik.

Məhz həmin prinsipə görə də biz Azərbaycanın hüquqlarının gerçəkləşdirilməsini müsbət qarşıladıq. Lakin bunun gerçəkləşdirilməsi üçün müharibə aparılmasını düzgün saymır, daha çox tərəflər arasında diplomatik danışıqların aparılmasına təkid edirdik.

Elə buna görə də İran və Rusiya bir-biri ilə savaşan hər iki ölkə arasında diplomatik danışıqların baş tutmasına yardım göstərdilər”, -deyə Səid Xətibzadə bildirib.


S.Xətibzadə İran rəsmilərinin 44 günlük savaşda “xarici terrorçular”ın guya Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı absurd və əsassız iddialarını yenidən təkrar edib.


“44 günlük savaş gedən vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi barədə xəbərlər yayılmağa başladı. Bizdə isə bu barədə dəlil-sübutlar və hətta səs yazıları da var.

Bizim onlar haqda dəqiq məlumatlarımız var. Biz Azərbaycan tərəfinə dedik ki, bu bizim üçün qəbuledilməzdir. Onlar isə yüksək səviyyədə söz verdilər ki, bizim bu nigaranlığımızı aradan qaldıracaqlar”, -deyə Səid Xətibzadə bəyan edib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Azərbaycan tərəfinin Ermənistana yük daşıyan iranlı sürücülərlə davranış tərzindən narahat olduqlarını xatırladıb:


“Biz həmçinin İranın tranzit sürücüləri ilə Azərbaycanda dost kimi davranılmadığının şahidi idik. Nəticədə biz Aərbaycan tərəfi ilə bu xüsusda açıq danışıqlar apardıq, onlar isə bizim bununla bağlı nigaranlığımızı aradan qaldıracaqlarına söz verdilər. 


Biz bir sıra Azərbaycan rəsmilərinin bəzi qeyri-diplomatik bəyanatlarına da rəsmi kanallardan cavab vermişik. 


Nəzərə almaq lazımdır ki, regiondakı bəzi üçüncü qruplar İranla Azərbaycan münasibətlərinin səmimi olmasını istəmirlər.

Onlar məhz buna görə də yalan və saxta xəbərlər yayır və öz hədəflərini irəli aparmaq üçün hər iki ölkə xalqının pak hissiyyatından istifadə etməyə çalışırlar". 

S.Xətibzadə deyib ki, İranın Azərbaycan Respublikası ilə əlaqələri ən yaxşı səviyyədədir və hər iki ölkə rəsmilərinin bir-birlərinə gəliş-gedişi davam edir.

"Biz öz qonşularımızla dinc yanaşı yaşamaq siyasətinin icrası istiqamətində sözün əsl mənasında qonşularımızla qardaşlıq əlaqələrinin olmasının tərəfdarıyıq”, -deyə Səid Xətibzadə bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18