SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Amerika və Avropa üçlüyü saxta bəyanatlar yayırlar”

2021.11.26, 12:42
Səid Xətibzadə: “Amerika və Avropa üçlüyü saxta bəyanatlar yayırlar”

Gunaz.tv

Öz paylaşımında Amerika və Avropa üçlüyünün, yəni Britaniya, Fransa və Almaniyanın İran İslam Respublikası ilə məsələyə yanaşma tərzini bir-biri ilə müqayisə edən Xətibzadə iddia edib ki, Tehran “yaxşı və mükəmməl” bir razılaşmanın əldə olunmasının tərəfdarıdır.

“Vyana danışıqları ərəfəsində ABŞ və Avropa üçlüyü yalan bəyanatlar verir, sanksiyaların sayını artıraraq gücləndirir, özlərindən təhrif olunmuş rəvayətlər uydurur, uydurur, İsrailin isə təhdidləri qarşısında susurlar.

İran Vyana danışıqlarına qatılmaq üçün ciddi və yüksək səviyyəli komanda heyəti yaradır, dərhal yaxşı və uğurlu bir razılaşmanın əldə olunmasını tələb edir, nüvə razılaşmasının və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tam icrasına çağırır, regional məsləhətləşmələr aparır. Yetər ki, hər iki tərəfin prioritetlərini bir-biri ilə müqayisə edəsiniz”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə “Twitter” hesabında etdiyi paylaşımında bildirib.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada Qərblə İran arasında aparılan danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar