Səid Xətibzadə: “Amerikanın İrana qarşı sanksiya siyasəti heç bir nəticə verməyəcək”

30.10.2021, 13:25

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 29-da mediaya açıqlamasında Amerika Maliyyə Nazirliyinin SEPAH-ın pilotsuz uçan təyyarələr proqramı ilə əlaqədar tətbiq etdiyi yeni sanksiyalarına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

ABŞ Maliyyə Nazirliyinin SEPAH-ın plotsuz uçan hərbi təyyarələr proqramı ilə əməkdaşlıq edən 6 fiziki və hüquqi şəxsə sanksiya qoymasını pisləyən Xətibzadə deyib ki, Amerikanın islam respublikasına qarşı yürütdüyü sanksiya siyasəti heç bir nəticə vermədən uğursuzluğa gətirib çıxaracaq.


“Yeni saxnksiyaların tətbiqi, Ağ Evin tam ziddiyyətli rəftarının göstəricisidir. Nüvə razılaşmasına qayıtmaqdan danışıdığı halda Amerikanın keçmiş prezidenti Donald Trampın sanksiyalarla bağlı ölkəmizə qarşı yürütdüyü eyni siyasətini davam etdirən Co Bayden hökumətinin bununla bizə mesajı odur ki, ona həqiqətən də etimad etmək olmaz.


Amerikanın müxtəlif hökumətləri İran İslam Respublikasının reallıqlarını dərk etməkdən nə qədər aciz olduqlarını nümayiş etdiriblər. Amerikanın indiki hökumətinin bu kimi hərəkətləri Tramp hökumətinin ölkəmizə qarşı yürütdüyü uğursuz maksimum təzyiq siyasətinin davamıdır. 


Hesab edirik ki, bu siyasət indiyədək ABŞ-ın heç bir hədəfini gerçəkləşdirmədiyi kimi, bundan sonra da məğlubiyyətə uğrayaraq, ona heç bir uğur gətirməyəcək”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 29-da bəyanat yayaraq, İranın regionda pilotsuz uçan hərbi təyyarələrinin beynəlxalq ticarət gəmilərinə və Amerika qüvvələrinə hücumları ilə əlaqədar 4 İran vətəndaşına və 2 şirkətə sanksiya qoyduğundan xəbər verib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24