SON XƏBƏRLƏR

Səid Xətibzadə: “ABŞ prezidentinin imzası etibarlı deyil”

2021.11.19, 13:38
Səid Xətibzadə: “ABŞ prezidentinin imzası etibarlı deyil”

Gunaz.tv

Xətibzadə iddia edib ki, Amerika nüvə razılaşmasına yalnız İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etmək şərti ilə qayıda bilər.

“Bizim Vyanadakı danışıqlarımızın bütün mahiyyəti bundan ibarətdir. Əgər Amerika sanksiyaları birllikdə ləğv etmək yanaşması ilə danışıqlara qayıtsa, sözsüz ki, ən qısa bir zamanda razılaşma əldə oluna bilər.

ABŞ prezidentinin imzası etibarlı deyil. Daha doğrusu, onların iddialarının əksinə olaraq,  Amerika prezidentinin imzasının o qədər də dəyəri yoxdur və etibarlı deyil. Elə buna görə də, hesab edirik ki, Amerika bundan sonra beynəlxalq hüuqu yenidən məsxərə yoymayacağı barədə bizə zəmanət verməlidir.

Amerika hökuməti göstərib ki, o verdiyi zəmanətlərin üstündə dura bilmir. Məhz buna görə də güman edirəm ki, İran İslam Respublikasının Vyana danışıqlarına qatılan  nümayəndə heyətinin onların bu barədə zəmanət verməsinə təkid etməsi təbii haldır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib. 

Qeyd edək ki, İranla Avropa Birliyi arasında əldə olunan razılığa əsasən, Vyanada nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da başlanılacaq. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar