SON XƏBƏRLƏR

Səid Xətibzadə: “İranın xarici ölkələrdə blokadaya alınmış pulları tədriclə azad edilir”

2021.11.15, 12:10
Səid Xətibzadə: “İranın xarici ölkələrdə blokadaya alınmış pulları tədriclə azad edilir”

Gunaz.tv

Xətibzadə İranın xarici ölkələrindən birində blokadaya alınmış pullarından 3 milyard yarım dolların azad edilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərək deyib ki, Xarici İşlər Nazirliyi bu kimi məsələlər barədə məlumat vermir.


“Mərkəzi Bank məsləhət bilsə bu haqda özü məlumat yayar və detallarını açıqlayar. Lakin Xarici İşlər Nazirliyi bu kimi məsələləri işıqlandırmır.


Bundan əvvəl də dediyim kimi bizim ölkədən kənardamüxtəlif vəsaitlərimiz var və hazırda həmin pulları tədriclə azad etməkdəyik. Əgər bu gün ölkəyə bir sıra əsas lazımli mallar idxal edilirsə, bu o deməkdir ki, blokadaya alınmış pullar tədriclə azad edilir”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


Xətibzadə həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Grossinin İrana gözlənilən səfərinə münasibət bildirib.


“Grossi tezliklə İrana səfər edəcək və Tehranda İran Atom Enerjisi Təşkilatının rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşəcək.


Nüvə razılaşmasının canlandırılması üçün Vyana aparılan danışıqlara gəlincə, bizim bu müzakirələrdə əsas məqsəd və səyimiz Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvinə yönələcək. Çünki bizim üçün əhəmiyyət daşıyan əsas və ən mühüm məsələ sanksiyaların ləğv olunmasıdır”, -deyə Səid Xətibzadə bildirib.


Qeyd edək ki, İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da başlanılacaq. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar