SON XƏBƏRLƏR

Səid Xətibzadə: “İran və Səudiyyə Ərəbistanının hər iki ölkədə səfirliklərinin açılması üçün hələ tezdir”

2021.11.01, 13:30
Səid Xətibzadə: “İran və Səudiyyə Ərəbistanının hər iki ölkədə səfirliklərinin açılması üçün hələ tezdir”

Gunaz.tv

O, İsraildə İrana hücum üçün 1,5 milyard dollar büdcə ayrılığını deyib.

Bu gün mediaya açıqlamasında Tehranla Ər-Riyad arasında danışıqların hələ davam etdiyini bildirən Xətibzadə deyib ki, hər iki ölkənin Bağdadda başlatdığı müzakirələr prosesi hələ də davam edir.


“Hesab edirəm ki, hər iki ölkənin bir-birinin paytaxtlarında səfirliklərinin açılması üçün hələ tezdir və bu vaxt aparacaq. 


Lakin aparılan danışıqlar prosesinin sonu buna gətirib çıxara bilər. Əlbəttə ki, bütün bunla rəsmi Ər-Riyadın bununla bağlı üzərinə götürdüyü öhdəlik və şərtləri yerinə yetirməsindən asılıdır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


S.Xətibzadə həmçinin İsraildə İrana qarşı mümkün hücuma hazırlıq üçün 1,5 milyard dollar büdcə ayrılmasına da münasibət bildirib.


“Sionist rejim İranın hərbi güc və imkanlarını yaxşı bilir və onun öz məhdud imkanlarından da xəbəri var. Onlar (israillilər-red)  yaxşı bilirlər ki, İran öz təhlükəsizlik məsələsində zarafat etmir və heç kəsə də güzəştə getmir”, -deyə Səid Xətibzadə bildirib. 


Xatırladaq ki, İranın nüvə təsisatlarına qarşı mümkün hücum üçün İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilib.

 
 Bu barədə İsrail televiziyasının “Şəbəkə 12” telekanalı oktyabrın 18-də məlumat yayıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar