SON XƏBƏRLƏR

Səid Xətibzadə: “İranla Azərbaycan əlaqələri barədə yaxşı xəbərlərimiz olacaq”

2021.11.22, 13:42
Səid Xətibzadə: “İranla Azərbaycan əlaqələri barədə yaxşı xəbərlərimiz olacaq”

Gunaz.tv

Azərbaycan baş nazirinin müavinin Tehrana səfərinə və iki ölkə prezidentlərinin Aşqabadda keçiriləcək EKO-ya üzv ölkələrin dövlət başılarəının toplantısı əsnasındakı mümkün görüş planına toxunan Xətibzadə deyib ki, hər iki ölkənin əlaqələri yaxşı məcrada davam edir.

“Azərbaycan baş nazirinin müavinin Tehrana səfəri konstruktiv bir səfər idi və onun Nazirlər Kabinetinin üzvləri ilə intensiv görüşləri olub. 

Onun həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla keçirdiyi görüşdə bir çox layihələr və onların icrası barədə söhbət aparılıb.

Allah qoysa iki ölkə arasında istənmədən baş vermiş lazımsız gərginliyin aradam qaldırılmasından sonra biz yeni mərhələyə qədəm qoyacağıq. 

İranla Azərbaycan əlaqələri barədə qarşıda yaxşı xəbərlərimiz olacaq.

Azərbaycan tərəfi isə hesab edir ki, bu ölkənin baş nazirinin müavinin Tehrana səfəri bir sıra layihələrin icrasının başlanğıcı olacaq”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar