SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Azərbaycanda həbs edilən 2 iranlı sürücü hələ azadlığa buraxılmayıb”

2021.10.20, 07:36
Səid Xətibzadə: “Azərbaycanda həbs edilən 2 iranlı sürücü hələ azadlığa buraxılmayıb”

Gunaz.tv

 Oktyabrın 13-də mediaya açıqlamasında S.Xətibzadə deyib ki, yayılan xəbərin Azərbaycanda həbsdə saxlanılan iki sürücüyə aidiyyəti yoxdur.


“Bu gün azadlığa çıxması mediada işıqlandırılan iki İran vətəndaşı, Azərbaycanda məhkumluq həyatı yaşayan və cəzalarının qalan hissəsini İranda çəkmək üçün ölkəyə köçürülən şəxslərdir.

Düzdür həmin şəxslərdən biri sürücüdür, lakin onların həbs edilən iki iranlı sürücüyə aidiyyəti yoxdur.


Lakin son vaxtlar Azərbaycan Respublikası ərazisində həbs edilən sözü gedən 2 iranlı sürücü hələ də azadlığa buraxılmayıb və onların sərbəst buraxılması üçün Bakı rəsmiləri ilə aparılan danışıqlar davam edir.

Danışıqların nəticəsi gələcəkdə ölkə əhalisinin nəzərinə çatdırılacaq”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar