Səid Xətibzadə: “Azərbaycan üçüncü tərəfin öz ərazisindən İrana qarşı sui-istifadə etməsinə imkan verməməlidir”

05.10.2021, 14:45

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 4-də mediaya açıqlamasında ölkəsinin Azərbaycan Respublikası ilə münaibətlərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri əvvəlcədən plnlaşdırılmışdı.


“Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Bizim heç bir ölkə ilə əlaqələrimiz başqa bir ölkənin əleyhinə deyil. Bizim xarici siyasətimz də bu prinsip üzərində qurulub. Hesab edirik ki, regionda əlaqələr nə qədər geniş olsa, sülh və sabitlik də bir o qədər artar.


Sionistlərin və DAEŞ (İŞİD) tərəfdarlarının Azərbaycan Respublikası ərazisində olması ilə bağlı yayılan xəbərlərə gəlincə, biz müharibənin (44 günlük savaş nəzərdə tutulur-red) ilk başlanğıcından bu günə qədər bu barədə müxtəlif məlumatlar almışıq və bütün bu kimi xəbərləri də Bakıdakı dostlara çatdırmışıq. Onlar isə müxtəlif görüşlərdə bu sarıdan digər ölkələrə qarşı hər hansı bir təhdidin olmadığını deyiblər. Lakin bu barədə bizə hələ də məlumatlar daxil edilir. 


İranla Azərbaycan arasında yaranmış ixtilafa gəldikdə isə, İranın Aərbaycanla əlaqələri həmişə inkişafa doğru hərəkətə edib. İran isə istər son 44 günlük savaşda, istərsə də ondan sonrakı mərhələdə Azərbaycan Respublikasındakı qardaşlara heç bir köməyini isirgəməyib. 


Biz Azərbaycan Respublikasının milli hakimiyyətinə və onun ərazi bütövlüyünə hörmətlə yanaşdığımızı bəri başdan Bakıdakı dostlara elan etmişik. Biz hətta Azərbaycan Respublikasının milli hakimiyyətinə və onun ərazi bütövlüyünün qorunmasına yardım da göstərmişik. Lakin iranlı sürücülərlə edilən rəftarı dostcasına və onun mehriban qonşuluq prinsiplərinə uyğun olmasını hesab etmirik.


Bakı rəsmiləri öz sərhədçilərinin İran vətəndaşları ilə necə rəftar etməsinə daha diqqət etməlidirlər. Bizim Azərbaycanla münasibətlərimizə bəzi mülahizələr mövcuddur, onlardan ən önəmlisi isə sionist rejimin Azərbaycan ərazisi daxilindən böyük İran millətinə qarşı səsləndirdiyi bəyanatlar və ya ardıqları addımlardır. 


Hesab edirik ki, Azərbaycan üçüncü bir tərəfin öz ərazisindən İrana qarşı sui-istifadə etməsinə imkan verməməlidir. İran İslam Respublikası öz təhlükəsizliyini və sabitliyini qorumağı yaxşı bacarır. Lakin yaxşı olar ki, Bakı da öz hakimiyyət vəzifəsinə əməl ersin”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mediaya açıqlamasında ölkəsinin Azərbaycanla münaibətlərindən danışarkən bildirib. 


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27