SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Azərbaycanda həbs edilən iki iranlı sürücü sərbəst buraxılıb”

2021.10.21, 11:09
Səid Xətibzadə: “Azərbaycanda həbs edilən iki iranlı sürücü sərbəst buraxılıb”

Gunaz.tv

Bu gün dövlət televiziyasının “Xəbər” telekanalına açıqlamasında S.Xətibzadə deyib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Nyu-Yorka səfərində Azərbaycan nümayəndələri ilə apardığı müzakirələrdən, eləcə də Abdullahiyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla  telefon danışığından sonra iranlı sürücülər Şəhrud Novruzi və Cəfər Bərzigər bu gün səhər saatlarında Bakıda azadlığa buraxılıblar.


“Hər iki sürücü həbsdə saxlanılan daha 2 İran vətəndaşı ilə birlikdə sərbəst buraxılaraq İranın Azərbaycan Respublikasındakı səfirliyinə təhvil veriliblər. Hazırda isə həmin şəxslərin İrana qayıtması üçün yol keçid vərəqələrinin hazırlanması üzrə iş aparılır. 


Sürücülərin azad edilməsi vəziyyətin daha normallaşması istiqamətində atılan bir addımdır. Ümid edirəm ki, hamı regionda mövcud şərayit və vəziyyətin normallaşdırılmasına yardım edəcək”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib. 

14000729000171_Test_PhotoL.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar