Tikantəpədə internet xidməti bərbaddır: Məktəblilər onlayn dərslərə qatıla bilmir

10.01.2022, 16:43

Qərbi Azərbaycanda, özəlliklə əyalətin Tikantəpə mahalında internet xidmətinin bərbad durumu məktəbliləri çətin duruma salıb.

Gunaz.tv Quote | Gunaz article

Bununla bağlı sosial media fəalları məlumat yayıb. Sosial şəbəkələrdə yayılan foto və video materiallardan aydın olur ki, şagirdlər onlayn dərslərə qatılmaq üçün ətraf yüksəkliklərə çıxmaq məcburiyyətində qalırlar.

Xüsusilə iki il bundan öncə bölgədə mobil telefon siqnallarının keyfiyyəti ilə bağlı ötürücü qurğularda kommunikasiya şrkətinin etdiyi dəyişikliklərdən sonra Tikantəpənin bir çox bölgələrində internet xidmətindən istifadə daha da çətinləşib.

Fəallar yerli əhalinin iki il müddətində əlaqədar qurumlara etdikləri yazılı müraciətlərin heç birinin nəticə vermədiyini deyirlər.

Sosial media fəalları İran və Orta Doğunun ən böyük qızıl mədənlərinin olduğu Tikantəpədə adi internet xidmətinin olmamasını bölgə əhalisinə olan hörmətsizlik və ədalətsizlik kimi dəyərləndirirlər.

Bundan öncə 2021-ci ilin noyabr ayında da tikantəpəli sosial media fəalları fotolar paylaşaraq “Babanəzər” kəndində onlayn təhsil problemindən yazmış, aidiyyatlı qurumları tədbir görməyə çağırmışdılar.

Məsələnin üstündən iki ay keçməsinə baxmayaraq problemin həlli ilə bağlı heç bir tədbir görülməyib və öyrəncilər eyni çətin şərayitdə onlayn dərslərə qatılmaq məcburyyətində qalıblar.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27