SON XƏBƏRLƏR

Tikantəpədə yüzlərlə arıçı müflis olub-VİDEO

2022.04.15, 13:37
Tikantəpədə yüzlərlə arıçı müflis olub-VİDEO

Gunaz.tv

Qızıl mədənlərindən əldə olunan məhsulların başqa əyalətlərdə daşınması ilə yanaşı onların qeyri-standart istismarı, zəhərli tillantıların bölgədə yayılması kəndlilərin kənd təsərrüfatını, çevrəni məhv etməsi prosesi davam edir.

Bununla bağlı sosial mediada paylaşım edən bölgə arıçılarından biri Seyid Mehdi Qudsi qızıl mədənlərinin qaydasız fəaliyyətinin on və yüzlərlə başqa arıçını müflis etdiyini deyir.

“Bir neçə il bundan öncəyə arıçılığa 20 pətəklə başlasamda 2011-ci ildə bu sayı 1500-ə yüksəldib və 12 işi ilə istehsalı genişləndirdim.

Ancaq 2020-ci ildən başlayaraq qızıl mədənlərinin çevrəni çirkəndirməsi səbəbindən bütün arılar məhv oldu, ailəm. işçilərim və təsərrüfatım dağıldı”-deyə, Qudsi bildirir.

Tikantəpəlilər və çevrə fəalları bu videonu paylaşaraq əyalətin ilgili qurumlarından problemlərin həlli ilə bağlı tədbir görmələrini tələb edib, bölgənnin çevrə və təsərrüfatının məhv edilməsinin qarşısını almalarını istəyiblər.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir və Yaxın Şərqin ən böyük mədənləri sayılır.

Mədənlərin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.
Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar