GünAz TV: Moldovada prezident seçkisində Rusiyayameylli namizəd Igor Dodon qalib gəlib. Sosialist Partiyasının lideri Dodon səslərin 54.06%-ni, onun rəqibi Maia Sandu isə 45.94%-ni qazanıb. Igor Dodon mətbuat konfransında bütün moldovalıların prezidenti olacağına söz verib, rəqibi Sandu-nu xalqı sakitləşdirməkdə ona yardım etməyə çağırıb.
Sandu isə seçkinin yaxşı təşkil olunmadığını, xüsusilə tərəfdarlarının çox olduğu bölgələrdə xeyli vətəndaşın səsvermədə iştirak edə bilmədiyini söyləyərək, seçki rəsmilərini istefasını tələb edib.
Ötən gün Bolqarıstanda da prezident seçkiləri keçirilib. Prezident seçkilərinin 2-ci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəlib.
Radev seçicilərin 58,5 faizinin səsini qazanıb. Onun rəqibi hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva isə seçkini 35 faiz səslə başa vurub.
Qeyd edək ki, Rumen Radev Rusiyameyilli baxışları ilə seçilən bir siyasətçidir.
N.S