SON XƏBƏRLƏR

İki azərbaycanlı vilosipedçidən Urmu gölünə dəstək

2021.10.20, 07:36
İki azərbaycanlı vilosipedçidən Urmu gölünə dəstək

Gunaz.tv

GünAz TV: Azərbaycanlılar dünya ictimaiyyəti və İran rejiminin diqqətini Urmu gölü böhranına yönəltmək məqsədi ilə müxtəlif simvolik addımlar atır, bu istiqamətdə bir çox tədbirlər həyata keçirirlər.

 

Məlumata görə, Güney Azərbaycanın qərb bölgəsindən olan iki gənc velosipedçi Urmu gölünə dəstək məqsədi ilə Urmiyə şəhərindən Azərbaycan paytaxtı Bakıya pedal çevirib.

 

Uzun məsafə qət edən velosipedçinin məqsədi Urmu gölünü böhrandan qurtarmaq üçün İran rəhbərliyi və dünya ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdən ibarət olub.

 

Onların “Urmu gölünün həyatı çaylarda cərəyan edir, seminarlarda deyil” şüarı ilə yola çıxdığı bildirilir.

 

Qeyd edək ki, dünyanın ikinci ən böyük şor gölü olan Urmu gölü bir neçə ildir qurumaq təhlükəsi ilə üzləşib, artıq gölün 95 faizi quruyub. İran rəsmiləri isə hələ də sözdə elmi araşdırmalardan əməli işlərə keçməyə tələsmir. Bütün bunlar bölgə əhalisinin kəskin etirazı ilə müşayiət olunur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar