SON XƏBƏRLƏR

İki güney azərbaycanlı fəal müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
İki güney azərbaycanlı fəal müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Mərkəzi Zindanında saxlanılan iki güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri fevralın 25-də mülki vəsiqə qarşılığında azad edilib.

 

Azərbaycanlı fəallar 2019-cu il noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanmışdır.

 

Təbriz sakini olan Babək Hüseyni Müqəddəmin 39 yaşı var. O ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. Fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs edilib.

 

Təbriz şəhərində yaşayan Əkbər Mühacirinin isə 40 yaşı var, o iki uşaq atasıdır. Kompüter və mexanika üzrə diplomu olan fəal mərhum Həsən Azərbaycan kimi ustadlarla birlikdə musiqi sahəsində fəaliyyət göstərib və Azərbaycan mahnıları ifa edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar