SON XƏBƏRLƏR

İki güney azərbaycanlı idmançı Asiya Oyunlarında qızıl medal qazanıb

2021.10.20, 07:36
İki güney azərbaycanlı idmançı Asiya Oyunlarında qızıl medal qazanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı güləşçi Pərviz Hadi İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.


125 kq çəki dərəcəsində güləşən Pərviz Hadi finalda Çin təmsilçisi ilə qarşılaşaraq onu 7:0 hesabı ilə məğlub edib.


Pərviz Hadi 2014-cü ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında da qızıl medala layiq görülmüşdü.

 

Pərviz Hadi


Güney azərbaycanlı ağır çəkili Səid Rəcəbi də taekovando idmanı üzrə üçüncü günün sonunda 80 kq çəki dərəcəsində finalda qalib gələrək qızıl medala layiq görülüb.


Ağır çəkili taekovandoçu finalda özbəkistanlı rəqibi Dmitri Şukini iki-bir hesabı ilə məğlub edərək Asiya çempionu olub.

 

Səid Rəcəbi


18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.


Pərviz Hadi Şərqi Azərbaycan Əyalətinin Basmınc, Səid Rəcəbi isə Miyana şəhərindəndir. İdmançılar digər azərbaycanlı idmançılar kimi doğma vətənləri Güney Azərbaycanın bugünkü siyasi statusundan dolayı İran komandasını təmsil edirlər. Şübhəsiz ki, müstəqil Güney Azərbaycan komamndasında çıxış etmək azərbaycanlı idmançıların böyük əksəriyyətinin ürək arzusudur.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar