SON XƏBƏRLƏR

İki güneyli məşhur fars irqçilərinin hücumuna məruz qalıb - Sosial şəbəkələrdə

2021.10.20, 07:36
İki güneyli məşhur fars irqçilərinin hücumuna məruz qalıb - Sosial şəbəkələrdə

Gunaz.tv

GünAz TV: İran Teleradio Şirkətinin məşhur azərbaycanlı aktrisası Təhminə Milani və keçmiş ulduz futbolçu Əli Dayi internetdə fars irqçilərinin hücumuna məruz qalıb.

 

Bu o halda baş verib ki, Əli Dayi heç zaman  panfarsizmə qarşı mövqe sərgiləməyib, hətta dəfələrlə Azərbaycanın əleyhinə sərt çıxışlar edib. Təhminə Milani isə “Traxtur” tərəfdarlarının videosunu İnstaqram səhifəsində yaysa da, “BBC Farca” agentliyi kimi şüarın farsca tərcüməsində “Türk qızları” sözünü şeirdən silib. Buna baxmayaraq azərbaycanlı aktrisanın səhifəsi fars irqçilərinin hücumuna məruz qalıb.

 

Səhifəsində təhqiramiz postların dərc olunduğunu görən aktrisa videonun altında “Bu səhifədə irqçiliyi təbliğ etmək qadağandır” sözünü yazmağa məcbur olub.

 

Təhqirlər o həddə çatıb ki, Təhminə Milani “Perspolis” komandasının tərəfdarı olduğunu, lakin “Traxtur” tərəfdarlarının qadın hüquqları ilə bağlı şüarını dəstəklədiyini qeyd edib.

 

Bu haqda daha çox məlumat əldə etmək üçün aşağıdakı xəbərə müraciə edə bilərsiniz:

“BBC farsca” agentliyi “Traxtur” tərəfdarlarının şüarını təhrif edib: “Türk” sözü şüardan ləğv olunub

 

“Saypa” futbol komandasının azərbaycanlı baş məşqçisi Əli Dayi isə şənbə günü Tehranın Azadi stadionunda “Perspolis” komandası ilə “Saypa”nın görüşündə iki komanda üzvlərinin qarşıdurmasından sonra fars irqçilərinin hücumuna məruz qalıb. İlk öncə “Perspolis” üzvlərinin təhqir etdiyi Əli Dayi sonra panfarsist sosial şəbəkə istifadəçiləri tərəfindən aşağılanıb. İrqçilər Əli Dayinin səhifələrində onun ünvanına “eşşək türk”, “it irqindən olan”, “haramzadə” və s. kimi sözlər yazıblar.

 

 

Azərbaycanlı internet istifadəçilərinin əksəriyyətinin fikirinə görə, Əli Dayi hər zaman Azərbaycana qarşı mövqe sərgilədiyi üçün irqçilər onu bəhanə edərək əsasən türk millətini təhqir etmək istəyiblər.

 

Əli Dayi mətbuat konfransında “Perspolis” komandası üzvlərinin hərəkətini pisləyib, lakin o özünə qarşı yol verilən milli təhqirlərə heç bir münasibət bildirməyib.

 

İranda azərbaycanlı şəxsiyyətlər, türk tarixi və milli kimliyi fars irqçiləri tərəfindən davamlı olaraq təhqir olunur. Bu davranış yalnız virtual aləm deyil, onu kütləvi informasiya vasitələri, film və tamaşa, hətta məktəblilərin dərsliklərində belə görmək mümkündür.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar