SON XƏBƏRLƏR

iki milli fəal (Həsən Ərk və İbrahim Dəşti) həbs edilib

2021.10.20, 07:36
iki milli fəal (Həsən Ərk və İbrahim Dəşti) həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, məktəblərin açılışı günü münasibəti ilə Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəalların tutuqlanmasına yeni vüsət verilən kompaniya sıralarınada, Təbrizdə Jurnalist Həsən Ərk və milli fəal İbrahim Dəşti bir həftə öncə tutuqlanıblar. Azərbaycan milli kimliyi, Azərbaycan türkcəsinin məktəblərdə tədris olunması uğrunda mübarizə aparan iki milli-mədəni fəalı, İran Kəşfiyyat İşləri Nazirliyinin (ETTELAAT) əməkdaşları sentyabrın 21-də yaşadıqları mənzillərdə tutublar. Həm onların mənzillərində, həm də iş yerlərində axtarış aparılıb, Azərbaycan dilində olan bir sıra kitab, əlyazmalar və CD-lər müsadirə edilib. Xatırladaq ki fars və erməni dillərindən başqa İranda yaşayan heç bir millətin öz ana dilində təhsil alma hüquqnun olmaması, hər il məktəblərin açılışı günləri ərəfəsində müxtəlif etirazlara səbəb olur. Hər il bu ərəfədə Milli ayrıseçkilik daha qabarıq şəkildə gözə çarpır. O üzdən İran hakimiyəti məktəblərin açılışı günü ərəfəsində analoji əməllərə əl atır və etirazlar geniş vüsət almasın deyə, öncədən tədbirlər hayata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar