SON XƏBƏRLƏR

İki "Traxtur" tərəfdarı saxlanılıb – Təbrizdə

2021.10.20, 07:36
İki "Traxtur" tərəfdarı saxlanılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Çərşənbə axşamı günü Güney Azərbaycanın “Traxtur” və Məşhədin “Şəhr-i Xodro” komandaları arasında keçirilən görüş zamanı iki soydaşımız saxlanılıb.

 

Hadisə Təbrizin səhənd stadionunda dekabrın 24-də baş verib, lakin bu barədə yenicə xəbər yayılıb.

 

Məlumata görə, Binab (“Bin Ev”) sakini olan Peyman.D və Qulam.S adlı “Traxtur” tərəfdarları stadiona daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri soydaşlarımızın şəxsi avtomobilinə də əl qoyub.

 

Qeyd edək ki, İran rejiminin təhlükəsizlik orqanları “Traxtur” görüşlərində müxtəlif bəhanələrlə komanda tərəfdarlarını saxlayır. Önləyici tədbir stadiona toplaşan onminlərlə azarkeşin sayını azaltmağa yönəlib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar