SON XƏBƏRLƏR

İkili vətəndaşlığı olan şəxs uzun illər İranda həbsxanada qaldıqdan sonra Britaniyaya qayıdıb

2021.10.20, 07:36
İkili vətəndaşlığı olan şəxs uzun illər İranda həbsxanada qaldıqdan sonra Britaniyaya qayıdıb

Gunaz.tv

GünAz TV: İran- Britaniya vətəndaşlığı olan Kamal Furuği Britaniyaya geri qayıdıb.

 

Bu barədə məlumatı Kamal Furuğinin oğlu Kamran Furuği onun azad edilməsi üçün açdığı "Twitter" səhifəsində paylaşıb.

 

O, atasının iki həftə öncə Britaniyaya qayıtdığını və artıq ailə üzvləri ilə görüşə bildiyini qeyd edib.

 

Kamal Furuğinin sözlərinə görə, atasının vəziyyəti yaxşıdır və ehtimal ki, iranlı rəsmilər koronavirusun yayılması səbəbindən ona ölkədən çıxmağa icazə veriblər.

Malaziyanın "PETRONAS" Neft-Qaz Şirkətində müşavir kimi çalışan və İranda yaşayan Kamal Furuği 2011-ci ildə həbs edilmişdi. 2013-cü ildə keçirilmiş məhkəmə onu "casusluq" və evində spirtli içkilər hazırlamaq ittihamları ilə 8 il həbs cəzasına məhkum etmişdi.

 

Oğlunun dediklərinə əsasən, Kamal Furuği 2018-ci ilin sonlarından azadlığa buraxılıb. Lakin xarici pasportu olmadığından, o, ölkəni tərk edə bilməyib. Kamal Furuğiyə xarici pasport bu ilin fevral ayında verilsə də, sonrada meydana gələn koronavirus böhranı səbəbindən onun Britaniyaya qayıtması təxirə düşüb.

 

Digər tərəfdən, İran bir neçə gün əvvəl koronavirus səbəbindən məhkumluq həyatı yaşayan digər İran-Britaniya vətəndaşı Nazənin Zağərini müvəqqəti azadlığa buraxıb. Hələlik onun cəzasının qalan hissəsini böhran bitəndən sonra çəkib-çəkməyəcəyi ilə bağlı heç bir açıqlama verilmir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar