SON XƏBƏRLƏR

Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivanla görüşüb

2022.06.07, 05:24
Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivanla görüşüb

Gunaz.tv

Prezidentin köməkçisi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, – deyə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla da görüşüb.

Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsindəki paylaşımda qeyd olunub.

“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki qrdaş ölkə arasında münasibətləri bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar