SON XƏBƏRLƏR

Gənc heykəltaraş Hikmət Mirzəyevin büstünü hazırlayıb özünə təqdim etdi - FOTO

2021.11.01, 10:19
Gənc heykəltaraş Hikmət Mirzəyevin büstünü hazırlayıb özünə təqdim etdi - FOTO

Gunaz.tv

Büstü gənc heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zamik Rzayev hazırlayıb. O, əsərini Hikmət Mirzəyevə şəxsən təqdim edib.

Qeyd edək ki, XTQ komandanı Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. Prezident İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabrın 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. 

250193505_2142448135909288_846665788463769741_n.jpg

H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli, Xocavənd və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Heykəltəraş Z.Rzayev bir çox şəhidin xatirəsinə ucaldılmış heykəllərin müəllifidir. O, Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin barelyefini, Vətən Müharibəsi şəhidi Cavid Səfərlinin büstünü, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin, Vətən Müharibəsi şəhidi Nicat Şükürlünün heykəllərini hazırlayıb. 

Bundan əlavə, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar