SON XƏBƏRLƏR

"Çin və Rusiyanın İranla əməkdaşlığı region üçün çox önəmlidir"-Vilayəti

2022.08.17, 04:39
"Çin və Rusiyanın İranla əməkdaşlığı region üçün çox önəmlidir"-Vilayəti

Gunaz.tv

O, ÇininTehrandakı səfiri ilə görüşündə Çini İranın strateji müttəfiqi adlandırıb.

"İran İslam Respublikası Çinlə əməkdaşlığı daha da inkişaf etdirməyə və bu ölkənin Yaxın Şərqdə mövcudluğunu bərkitmək üçün kömək etməyə hazırdır"-deyə, Vilayəti bildirib.

Xameneyinin müşaviri, Rusiya və Çinin dünya siyasi sistemində yeni qütbün formalaşmasında oynadıqları rola görə məmnun olduğunu bildirərək İranın Rusiya və Çinlə əməkdaşlığının regionun təhlükəsizliyi və taleyi üçün çox vacib olduğunu iddia edib.

Vilayəti Rusiyanın Ukraynaya hücumunu NATO-nun kütləvi hücumuna Rusiyanın cavabı adlandırıb və İranın da Amerikanın Çinin ərazi bütövlüyünə təhdidini şiddətlə pislədiyini söyləyib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar