SON XƏBƏRLƏR

İLHAM ƏLİYEV: AZƏRBAYCAN ORBİTƏ İKİ SÜNİ PEYK ÇIXARACAQ

2021.10.20, 07:36
İLHAM ƏLİYEV: AZƏRBAYCAN ORBİTƏ İKİ SÜNİ PEYK ÇIXARACAQ

Gunaz.tv
İLHAM ƏLİYEV: AZƏRBAYCAN ORBİTƏ İKİ SÜNİ PEYK ÇIXARACAQ ilham_aliyev-4.jpg Cari ilin birinci yarısında ümumi daxili məhsul 16,5 faiz artıb və 18 mlrd. 506 mln. manat təşkil edib, sənaye istehsalı isə təxminən 14 faiz artıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən birinci yarımilin yekunlarına həsr edilmiş geniş iclasında bildirib. İlham Əliyev iqtisadi islahatlar başlayandan bəri ilk dəfə kənd təsərrüfatında artımın 10 faizi keçməsini böyük uğur adlandırıb. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyalar 4,4 milyard manat, o cümlədən daxili sərmayələrin 3,1 milyard manat təşkil edib. İlham Əliyev ölkə iqtisadiyyatında özəl sektorun payının 84%-ə çatmasını müsbət hal adlandırıb. Qarabağ münaqişəsinə toxunan Əliyev təsdiq edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. İclasda maliyyə naziri, təhsil naziri, kənd təsərrüfatı naziri, rabitə və informasiya texnologiyaları naziri çıxış edib. İclasa yekun vuran Prezident İlham Əliyev Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində də böyük uğurlar əldə etdiyini, yaxın zamanlarda ölkəmizin 2 süni peykini orbitə çıxaracağını qeyd edib. O həmçinin bildirib ki, enerji, nəqliyyat, ərzaq və digər prioritet sahələrdə təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan kompleks proqramları daha da gücləndirəcək. Əliyev Azərbaycanın xaricdə sərmayə qoyuluşunun genişləndirməsinin əhəmiyyətini vurğulayıb. Qarşıdakı prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyev bildirib ki, bütün namizədlərə eyni imkanlar yaradılmalı, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün əlaqədar orqanlar, habelə aidiyyəti təşkilat və qurumlar, eləcə də kütləvi informasiya vasitələri səylərini əsirgəməməli, namizədlərə eyni münasibət göstərməlidirlər. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar