İlham Əliyev: "Gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir"

2021-04-14 09:16

“Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Roma Sapienza Universitetindən Daniel Pommier Vinçellinin ünvanladığı sualı cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşada elektrik stansiyası tezliklə açılacaq: “Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. 

Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir.

Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. 

Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir.

Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. 

Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. 

İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.(report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda koronavirusdan daha 283 nəfər ölüb, 13 576 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-08

gun az article

İranın Kürdüstan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib

2021-05-08

gun az article

Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08

gun az article

Xalq şairi Musa Yaqub doğulduğu kənddə dəfn olunub

2021-05-08

gun az article

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

2021-05-08

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08

gun az article

Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08

gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07

gun az article

Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub

2021-05-07