SON XƏBƏRLƏR

İlham Əliyev: "İki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı, mənim seçimim birmənalıdır – insanların sağlamlığı"

2021.10.20, 07:36
İlham Əliyev: "İki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı, mənim seçimim birmənalıdır – insanların sağlamlığı"

Gunaz.tv

GünAz TV: "Bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır"

 

Fins.az xəbər verir ki, bunu dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə çıxışı zamanı deyib.
İlham Əliyev qeyd edib ki,əsas məqsəd koronavirusla aparılan mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır:


“Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur”.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar