SON XƏBƏRLƏR

İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb

2021.10.20, 07:36
İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb

Gunaz.tv
İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb 20080606185317_1.jpg MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Sankt-Peterburqda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ikigünlük sammit çərçivəsində bu gün rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb. Rusiya prezidentinin köməkçisi Serqey Prixodkonun «İnterfaks» agentliyinə verdiyi məlumata görə, prezidentlər görüşdə bir daha təsdiqləyiblər ki, iki ölkə arasındakı münasibətlər tərəfdaşlar arasında olduğu kimi dinamik və müsbət şəkildə inkişaf edir. Görüşdə qərara alınıb ki, Rusiya prezidenti iyulun 3-4 Azərbaycanda rəsmi səfərdə olsun. Prezidentlər görüşdə həmçinin kənd təssərüfatı, ərzaq proqramı, yanacaq energetika sahəsindəki əməkdaşlıq və regiondakı vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, Rusiya pezidenti Bakıdan birbaşa Aşqabada rəsmi səfərə yola düşəcək. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar