SON XƏBƏRLƏR

İlham Əliyev sorğuda Yaxın Şərq üzrə regional lider seçildi

2021.10.20, 07:36
İlham Əliyev sorğuda Yaxın Şərq üzrə regional lider seçildi

Gunaz.tv
İlham Əliyev sorğuda Yaxın Şərq üzrə regional lider seçildi article_1213685410.gif “WorldPublicOpinion.org” dünya liderlərinin reytinqi ilə bağlı maraqlı tədqiqat aparıb. Tədqiqat nəticəsində Azərbaycan prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Reytinqdə birinci yeri BMT-nin baş katibi Pan Gi Mun, sonuncu yeri isə Pakistan prezidenti Pərviz Müşərrəf tutub. Pan Gi Munu rəyi soruşulanların 35 faizi dəstəkləyib. İkinci yerdə olan Rusiyanın baş naziri Vladimir Putinə respondentlərin 32 faizi səs verib. Üçüncü yeri isə 30 faizlə Böyük Britaniyanın baş naziri Qordon Braun tutub. Onların ardınca Çin Xalq Respublikasının sədri Xu Tszintao (28 faiz), Fransa prezidenti Nikola Sarkozi (26 faiz), ABŞ prezidenti Corc Buş (23 faiz) və İran prezidenti Mahmud Əhmədinejad (22 faiz) gəlir. Sonuncu yeri tutan Pərviz Müşərrəf cəmi 18 faiz səs toplayıb. Qeyd edək ki, “WorldPublicOpinion.org”un sorğusunda 20 ölkədən 19751 adam iştirak edib. Bu ölkələrdə dünya əhalisinin 60 faizi yaşayır. Sorğu 2008-ci il yanvarın 10-dan mayın 6-na kimi keçirilib. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar