SON XƏBƏRLƏR

Bill Klintondan İran xalqlarına mesaj: "Azadlığa qədər sizinləyik"

2022.11.16, 07:43
Bill Klintondan İran xalqlarına mesaj: "Azadlığa qədər sizinləyik"

Gunaz.tv

Bu videomüraciətdə o, iranlıların, xüsusən də azadlıqları uğrunda mübarizə aparan qadın və qızların cəsarəti qarşısında baş əydiyini bildirib.

"Bu mübarizə hicab məsələsindən kənara çıxır və fundamental hüquqlar, söz və sərbəst toplaşma azadlığı, hicabsız və sərbəst şəkildə məhkəməyə müraciət etmək, həmçinin onların özləri və uşaqları üçün çox əziz olan arzularını yerinə yetirmək və gələcəklərini qura bilmək hüququ haqqındadır",-deyə, Klinton qeyd edib.

O, İran hökumətindən repressiyaları dayandırmağı, girov götürdüyü, həbs etdiyi və bir çoxunun tibbi müalicəyə ehtiyacı olan məhbusları sərbəst buraxmağı tələb edib.

"İran xalqının bizə ehtiyacı var. Onlar bizim beynəlxalq birliyin bir parçası olmaq istəyirlər",deyən Amerikanın keçmiş prezidenti bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar