SON XƏBƏRLƏR

"14 milyon insan Urmu gölünün duz fırtınalarına məruz qalacaq"-Təbrizli deputatdan xəbərdarlıq

2022.07.11, 07:56
"14 milyon insan Urmu gölünün duz fırtınalarına məruz qalacaq"-Təbrizli deputatdan xəbərdarlıq

Gunaz.tv

Urmu gölünün Bərpa Qərargahının fəaliyyətinin araşdırılacağını vurğulayan millət vəkili planın tezliklə parlamentin açıq toplantısında səsə qoyulacağını, millət vəkillərinin səs verəcəyi təqdirdə məsələ ilə bağlı prosesin başladılacağını deyib.

"Ardıcıl quraqlıqlar səbəbindən gölün suyunun səviyyəsi xeyli azalıb, ancaq bərpa qərargahı gölün qurumasının qarşısını almaq üçün milyardlarla tümən xərcləyib.

İndi biz bu qədər xərclərdən sonra heç bir xüsusi nəticə görmürük.

Ona görə də hesab edirik ki, Urmu Gölünün Bərpası Qərargahının fəaliyyəti və xərcləmələri araşdırılmalı, qiymətləndirilməlidir"-deyə, Ruhullah Mütəfəkkir Azad bildirib.

O, Urmu gölünün qurumasının fəlakətli nəticələrinin göl ətrafındakı bölgələrdən başqa, Təbrizdən başlayaraq Tehrana qədər təsir edəcəyini, 14 milyon insanın həyatını duz fırtınaları təhlükəsi qarşısında qoyacağını söyləyib.

Millət vəkili bu günə kimi gölün bərpası üçün yarımçıq qalan  layihələrin tamamlanması vacibliyindən danışıb və hökuməti bu yöndə əməli addımlar atmağa çağırıb.

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar