SON XƏBƏRLƏR

Millət vəkili İbrahim Rəisi ilə görüşdə Xalxalda işsizliyin tüğyan etdiyini deyib

2021.10.23, 06:45
Millət vəkili İbrahim Rəisi ilə görüşdə Xalxalda işsizliyin tüğyan etdiyini deyib

Gunaz.tv

Ərdəbil əyalətinin Xalxal mahalının İran parlamentindəki nümayəndəsi Seyid Qəni Nəzəri oktyabrın 22-də Ərdəbil şəhərində İbrahim Rəisinin iştirakı ilə keçirilən görüşdə Xalxalda işsizliyin tüğyan etdiyini deyib.

O. bildirib ki. hal-hazırda bölgə əhalisinin əsas problemlərindən biri işsizlikdir və bu, ictimai problemlərin yaranmasına, bölgə əhalisinin məcburiyyətdən başqa şəhərlərə köçməsinə səbəb olurb.

Seyid Qəni Nəzəri sənaye sahəsində Xalxalda heç bir investisiya qoyulmadığını və son statistikalara görə Xalxalda işsizlik səviyyəsinin 22% olduğunu bildirib.

Millət vəkili bununla yanaşı, Xalxal mahalının içməli su, kanalizasiya, “Həştcin” su bəndi və yol layihələrinin başlanması və tamamlanması üçün vəsaitin ayrılmasını istəyib.

O, son illər məsulların bölgədə işsizlik probleminin həlli istiqamətində iş görmədiklərini deyərək, hazırda xalxallıların əsas istəklərinin iş yerlərinin açılması və infliyasiyanın qarşısının alınması olduğunu qeyd edib.

Qəni Nəzəri əyalət və ölkə səviyyəsində idarəçilik sahəsində xalxallı kadrlara qarşı haqsızlıq edildiyini, onların potansiyelindən yetərincə istifadə edilmədiyini diqqətə çatdırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar